• $
  • €
  • ₽
  • ₺
  • £

Spiker: “Suriyaya gedən azərbaycanlıların hamısını terrorçu adlandırmaq olmaz”

Spiker: “Suriyaya gedən azərbaycanlıların hamısını terrorçu adlandırmaq olmaz”
29.05.2020 04:25
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında son vaxtlar Suriyada döyüşməyə gedən azərbaycanlılarla bağlı məsələ qaldırılıb.APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, son vaxtlar Suriyaya kütləvi axın edən azərbaycanlı gənclər orada konkret terror dəstələrinin tərkibinə qatılırlar. O qeyd edib ki, onlar orada terror ruhunda yetişdirilir və sabah hansısa qüvvələr tərəfindən Azərbaycana qarşı istifadə olunacaq: “Nəzərə alsaq ki, ora gedənlərin sayı getdikcə çoxalır, təcili Azərbaycan dövləti hərəkətə keçməlidir. Biz parlament olaraq bununla bağlı qanunvericilikdə dəyişik etməliyik və Baş Prokurorluq da buna əsasən bununla bağlı cinayət işi qaldırılmalıdır. Humanist və dini baxımdan buna yanaşdıqca, qarşısı alınmayacaq. Təcili inzibati tədbirlər görülməlidir. Çünki bu gün Suriyaya döyüşə gedənlər sabah Azərbaycan dövlətçiliyi üçün baş bəlasına çevriləcək”. Spiker Oqtay Əsədov da bildirib ki, məsələ çox ciddidir, amma ora döyüşməyə gedənlərin hamısını terrorçu adlandırmaq olmaz: “Əlbəttə, bunun qarşısını almaq lazımdır və bununla bağlı nə lazımdırsa, görüləcək. Muzdlu döyüşçülər təhlükəli və çətin məsələdir, bunun qarşısının alınması da çətindir. Amma təhlükəliliyini nəzərə alaraq lazımı addımlar atılacaq. Bizim də üzərimizə nə düşsə, edəcəyik”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol