• $
  • €
  • ₽
  • ₺
  • £

Təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb

Təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb
29.05.2020 04:25
 Cari ilin yanvar ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik son 5 ildə ən yüksək həddə çatıb. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi faktlar üzrə apardığı monitorinqin nəticələrinə görə, ötən ay cəbhə xəttində atəşkəs rejimi 1543 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 zabiti şəhid olub. Bir hərbi qulluqçu və 1 mülki sakin (Tovuz rayon Əlibəyli kənd sakini, qadın) isə yaralanıb. Atəşkəs pozuntularının intensivləşməsi yanvarın 20-dən sonra daha da artıb. Ümumilikdə yanvarın 20-dən 31-dək cəbhədə atəşkəs rejimi 1504 dəfə pozulub. Bir sıra istiqamətlərdə isə sutka ərzində qısa fasilələrlə aktiv döyüşlər gedib. Yanvarın 20-dən 31-dək cəbhə xəttində Ermənistan Ordusunun diversiya-təxribat qruplarının 5 cəhdinin qarşısı alınıb. Ermənilər tərəfindən yanvarın 23-də cəbhənin Füzuli rayonu istiqamətində monitorinq keçirən ATƏT nümayəndələri atəşə tutulub. Qeyd edək ki, APA-nın apardığı monitorinqlərin nəticələrinə görə, Ermənistan Silahlı Qüvvələri tərəfindən 2013-cü ildə atəşkəs rejimi 1796 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisi şəhid olub, 11 hərbi qulluqçusu yaralanıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol