Qriqoryan rəsmi Bakıya əminlik ifadə edib

Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyasının sədri Mqer Qriqoryan, Azərbaycanın delimitasiya komissiyalarının reqlamentini ratifikasiya edəcəyinə əminliyini ifadə edib.
"Proses sinxron şəkildə davam edir, sadəcə olaraq, bu prosesin Azərbaycanda hansı mərhələdə olduğunu bilmirəm. İmzalama zamanı məntiq onu göstərir ki, bu proses sinxron olacaq. Sənədin Azərbaycanda ratifikasiya edilməyəcəyinə dair heç bir narahatlığım yoxdur", - Qriqoryan bildirib.
O əlavə edib ki, Ermənistan, Azərbaycan və Rusiya arasında kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya bəzi məsələlərdə konsensus olmadığı üçün toplaşmır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























