• $
  • €
  • ₽
  • ₺
  • £

Arizona Parlamentindən Azərbaycana dəstək qətnaməsi

Arizona Parlamentindən Azərbaycana dəstək qətnaməsi
31.01.2014 10:48
ABŞ-ın Arizona ştatının ali qanunverici orqanının Senat və Nümayəndələr Palatasında Azərbaycana dair geniş qətnamə qəbul olunub.Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə daxil olan məlumata görə, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qətnamənin qəbul edildiyi hər iki palatanın plenar iclasında iştirak edib. Qəbuldan öncə, qətnamə müəllifləri baş konsulu qanunvericilərə təqdim edərək, Azərbaycanın ABŞ üçün önəmi barədə danışıblar. Qətnamə hər iki palatada yekdilliklə qəbul edilib.Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ və Arizona tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə edilmişdir. Bu səpkidə vurğulanır ki, 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş BMT Təhlükəsizlik Şurası, eləcə də NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Həmçinin qeyd olunur ki, münaqişənin həlli münaqişə nəticəsində yurd-yuvalarından didərgin salınmış yüz minlərlərə azərbaycanlıya kömək edəcəkdir.Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini dəstəklədiklərini bildirirlər.Qətnamədə, həmçinin, Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən bəhs olunur, Cənubi Qafqazın Ümumi Daxili Məhsulunun 80%-nə nəzarət edən Azərbaycanın ABŞ-ın regiondakı ən böyük ticari tərəfdaşı olduğu bildirilir. Həmçinin, Azərbaycan tərəfindən həyata keçirilən və strateji önəm daşıyan trans-regional enerji və nəqliyyat layihələrindən bəhs edilərək, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan və ABŞ-ın regiondakı digər müttəfiqlərinin rifahına verdiyi töhfələr vurğulanır. Qətnamədə Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyindən beynəlxalq terrorizmə qədər geniş sahədə inkişaf edən çoxtərəfli əməkdaşlıq münasibətlərinə diqqət çəkilir, Arizonanın ABŞ-Azərbaycan strateji tərəfdaşlığını dəstəklədiyi bildirilir.Xatırladaq ki, bu, Arizona parlamentinin Azərbaycana dair qəbul etdiyi ikinci qətnamədir. İlk qətnamə 2013-cü ilin may ayında qəbul olunmuş və Azərbaycan-ABŞ strateji tərəfdaşlığına həsr edilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol