• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO

Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
24.10.2024 13:55
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Outreach/BRICS+ formatında keçirilən iclas zamanı bir neçə cümlə ilə fikir mübadiləsi ediblər. Bu barədə TASS xəbər verir.
 
Məlumatda bildirilib ki,  iki ölkə lideri iclasda bir-birinə yaxın əyləşib. Çıxışlar başlayanda Paşinyan Əliyevə müraciət edib. Qısa bir fikir mübadiləsi baş verib, lakin onların nə danışdıqları eşidilməyib.

Azərbaycan və Ermənistan liderləri arasında qeyri-rəsmi fikir mübadiləsi artıq iki həftədən bir qədər çox müddətdə ikinci dəfədir ki, baş verir, hər iki görüş Rusiyada olub. 8 oktyabrda iki lider arasında qısa söhbət Moskva şəhərində keçirilən MDB sammitində baş tutub.

Kazanda BRICS XVI sammiti çərçivəsində Outreach/BRICS+ formatında ilk plenar iclas keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir.

Plenar iclasda ölkələr Kazan şəhərindəki dəyirmi masada əlifba sırası ilə yerləşdirilib. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı əyləşəcək. Onlar masa arxasında əyləşəndə, iclas başlamazdan əvvəl bir neçə cümlə ilə fikir mübadiləsi aparıblar.

Sammitin ev sahibi qismində iclası Rusiya Prezidenti Vladimir Putin açıb.

Outreach/BRICS+ genişlənmiş formatdır və yalnız BRICS ölkələri ilə məhdudlaşmır.





 
N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol