• $
  • €
  • ₽
  • ₺
  • £

TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək

TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
01.11.2024 14:18
Türk Dövlətləri Təşkilatının (TDT) bu il noyabrın 6-da Bişkekdə keçiriləcək sammiti "Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” şüarı altında keçiriləcək.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, TDT ölkələrinin liderləri iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin təşkilatın əsas layihələri ilə bağlı qərarlar qəbul edəcək və müvafiq sənədlər imzalayacaqlar.

Bundan başqa, TDT-yə üzv olan ölkələrin liderlərinin regionda baş verən iqtisadi və siyasi prosesləri müzakirə edəcəkləri, türk dünyasının birliyi və inkişafının daha da möhkəmləndirilməsi üzrə tədbirlərlə bağlı fikir mübadiləsi aparacaqları gözlənilir.

Sammitin sonunda təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.

Tədbirin yekunları üzrə dövlət başçıları Bişkek Bəyannaməsini imzalayacaqlar.

Bundan əlavə, Bişkekdə liderlərin sammiti ərəfəsində gündəliyə daxil olan məsələlərin və dövlət başçıları tərəfindən imzalanacaq sənədlərin razılaşdırılması üçün təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol