• $
  • €
  • ₽
  • ₺
  • £

Soçi olimpiadasının atəşkəsin pozulması ilə əlaqəsi nədir? - AÇIQLAMA

Soçi olimpiadasının atəşkəsin pozulması ilə əlaqəsi nədir? - AÇIQLAMA
29.05.2020 04:21
Cəbhəboyunda vəziyyət gərgindir. Müdafiə Nazirliyinin  mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bu gecə də ermənilər atəşkəs rejimi pozub - 250 dəfə. Müxtəlif ekspertlər baş verənləri fərqli aspektdən dəyərləndirirlər. Bəzi ekspertlər hələ ötən illərdə 2014-cü ildə Dağlıq Qarabağda müharibə başlaya biləcəyini və bunu daha çox Rusiyada keçiriləcək Soçi Qış Olimpiadası ilə əlaqələndirdiklərini deyirdilər. Yəni, Rusiyanın başı təhlükəsizlik məsələsinə qarışacağından Azərbaycanın mövcud vəziyyətdən istifadə edə biləcəyi proqnozlaşdırılırdı. Həqiqətən də bu gün Soçi Qış Olimpiadası ətrafında ciddi təhlükəsizlik problemləri var. Hətta bəzi ölkələr iştirakdan belə imtina edib, ABŞ Dövlət Departamenti səviyyəsində məsələyə reaksiya verilib. Buna baxmayaraq, həmin hadisələrin Dağlıq Qarabağda baş verənlərlə nə kimi əlaqəsi ola bilər? Həm də ATƏT nümayəndələri etiraf etməsə də, onların iştirakı ilə keçirilən monitorinq zamanı atəşkəsin məhz ermənilərin pozması bir faktdır. Yəni, vəziyyətin gərginləşməsində daha çox Ermənistanın maraq göstərdiyi və səbəbkar olduğu bir reallıqdır.Politoloq Hatəm Cabbarlı ANN.Az-a açıqlamasında Dağlıq Qarabağda baş verənləri daha çox Ermənistan hakimiyyətinin daxili siyasətə yönəlik addımları ilə əlaqəli olduğunu bildirib.H.Cabbarlı bildirib ki, Ermənistan hakimiyyəti bununla öz xalqına müharibənin hər an başlaya biləcəyi mesajını verir: "Son günlər cəbhə xəttində Ermənistanın atəşkəsi pozması onsuz da kövrək olan atəşkəs rejiminin daha ciddi nəticələr verə biləcəyinə gətirib çıxara bilər. Atəşkəsin bu cür ciddi şəkildə pozulması ilk deyil. Son 20 ildə bir neçə dəfə belə situasiya yaranıb. Atəşkəsin ciddi şəkildə pozulduğu mərhələlərə diqqət etsək, bunun hər zaman Ermənistanın daxili siyasətində problemlər yaşandığı zaman baş verməsi aydın olar. Ermənistan iqtidari bununla daxili ictimai rəyə müharibənin hər zaman başlayacağı mesajını verməyə çalışır. 2013-cü ilin sonlarında Ermənistanın Gömrük Birliyinə üzv olması, enerji sahəsində Rusiyadan asılılığının artması "ArmRosqazpor" şirkətinin səhmlərinin hamısının Rusiyaya satılması ölkədə ciddi narazılığa səbəb olmuşdu".Soçi Qış Olimpiadası ərəfəsində müharibənin başlayacağı ilə bağlı bəzi ekspertlərin dedikllərinə münasibət bildirən H.Cabbarlı deyib ki, müharibə ehtimalı hazırki vəziyyətdə real görsənmür. Onun sözlərinə görə, hazırda daha çox psixoloji savaş gedir: “Bəzi təhlilçilər Soçi olimpiadası ərəfəsində müharibənin başlaması ehtimalı olduğunu qeyd edirlər. Amma ümumi vəziyyət dəyərləndirildiyi zaman olimpiada başlayacağı ərəfədə atəşkəs rejiminin müharibəyə dönməsi ehtimalı azdır. Hər şeydən əvvəl bölgə və beynəlxalq şərait buna hazır deyil. Azərbaycanın atəşkəs rejiminin pozulmasına ciddi münasibət bildirməsi, erməni diversiya qruplarının cəbhə xəttindən içəri sızmalarının qarşısının alınması onu göstərir ki, cəbhə boyu vəziyyətə nəzarət yetərincədir. Cəbhə xəttində gərginlik bir müddət davam edə bilər. Ancaq geniş miqyaslı hərbi əməliyyatların başlaması ehtimalı zəifdir. Tərəflər daha çox psixoloji savaş və əsəb gərginliyi taktikası üzərinə oynayır”SeymurANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol