• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya USAID-i ölkəsində qadağan etməklə düzgün addım atıb - Əliyev

Rusiya USAID-i ölkəsində qadağan etməklə düzgün addım atıb  -  Əliyev
18.12.2024 13:12
Rusiya USAID-i ölkəsində qadağan etməklə düzgün addım atıb. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mediasına müsahibəsində bildirib.

"Onlar israrla yardım etmək istəyirlər. Amma biz yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də Azərbaycanda bu məsələni tənzimləmişik. Məsələn, Azərbaycan mediası xarici mənbədən hətta 1% də maliyyələşdirilə bilməz. Niyə də maliyyələşdirilməlidir? Biz ABŞ-da medianı maliyyələşdirmirik. Bəs niyə onlar bizim mediamızı maliyyələşdirməlidir? Onsuz da "Amerikanın Səsi" və "Azadlıq Radiosu" kimi öz vasitələri ilə gecə-gündüz xalqımıza, ölkəmizə qarşı çirkab atırlar. Amma Gürcüstanda bu məsələ vaxtında tənzimlənmədi. Tənzimləmə həyata keçirildikdə isə bir az gec idi. Amma yaxşı haldır ki, indi vəziyyət sabitliyə doğru gedir," - İlham Əliyev vurğulayıb.

Bundan əlavə, Prezident İlham Əliyev The Washington Post, The New York Times, Le Figaro və Le Monde qəzetlərini "yalançı dördlük" adlandırıb.

"Qərb mediasının bir sıra nümunələri Azərbaycanı tənqid edən, COP29 iqlim konfransının burada keçirilməsinə qısqanclıqla dolu materiallar dərc edib. Bu, bizə çətinlik yaratmadı, amma sadəcə olaraq ikrah və nifrət hissi oyatdı," - İlham Əliyev VGTRK və RİA Novosti-yə müsahibəsində Bakıda iqlim sammiti öncəsi Azərbaycana qarşı aparılan media kampaniyasını şərh edərkən qeyd edib.

Əliyev bildirib ki, bu nəşrlərə qarşı ABŞ-ın seçilən prezidenti Donald Trampdan "fake news qrupları" ifadəsini götürüb. 
 
"Bu ifadə mənə çox xoş gəlir, düşünürəm ki, çox dəqiq və ünvanlı ifadədir. Bu "yalançı dördlük - The Washington Post, The New York Times, Figaro və Le Monde - Dövlət Departamentinin müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə diskreditasiya kampaniyasına başlayıb. Hər gün hücumlar edilir, hər gün, bəlkə də, ən azı bir neçə onlarla məqalə dərc olunurdu", - Əliyev vurğulayıb. 
 
N.Təbrizli
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol