• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Avropa Parlamentinin qətnaməsini pisləyib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini pisləyib
19.12.2024 18:57

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyib.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

"Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir. Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin edildiyi, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır",  -  Milli Məclisin yaydığı məlumatda bildirilib.

Milli Məclis aparatı bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə "Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusən, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin əldə etdiyi uğurlar fonunda bu kampaniyanın müxtəlif "elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi".

"Azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz "töhfəsini” verməli idi. Qəbul edilən qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə "erməni hərbi əsirlər” kimi təqdim olunur.Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə, bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur", - Milli Məclisin yaydığı bəyanatda bildirilib. 
 
Bu gün  Avropa parlamenti Azərbaycan hakimiyyətin vətəndaş cəmiyyətinə və KİV-ə qarşı repressiyalarını pisləyən qətnamə qəbul edib.

Sənədin preambulasında deyilir ki, 2023-cü ildən Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə, siyasi müxalifətə, hüquq müdafiəçilərinə, LGBTİ+ icmasına və müstəqil mediaya qarşı sistemli repressiyalarla məşğuldur və bu, COP29 ətrafında güclənib.
 
Azərbaycanda 300-dən çox siyasi məhbus və 23 erməni əsir var;

Bunlarla əlaqədar  Avropa parlamenti "Azərbaycanı insan hüquqlarını, o cümlədən ifadə, birləşmək və dinc toplaşmaq azadlıqlarının davamlı şəkildə pozmasını və cinayət mühakiməsi sistemindən siyasi motivli sui-istifadə etməsini qəti şəkildə pisləyir". 

Avropalı parlamentarlar "Azərbaycan hakimiyyətini bütün dissident qruplara qarşı repressiyaları dərhal dayandırmağa və qondarma, siyasi motivli ittihamlarla təqib edilən hüquq müdafiəçiləri, jurnalistlər, siyasi və digər fəalları qeyd-şərtsiz azad etməyə, və bütün ittihamları ləğv etməyə çağırır".

AP İbadoğluya qarşı səfər qadağasını dərhal aradan qaldırmağı, ona qarşı irəli sürülən bütün ittihamları qeyd-şərtsiz ləğv etməyi və xaricdə təcili müalicə almasına icazə verməyi tələb edir.
 
Bundan başqa  Avropa Parlamenti "Azərbaycanı qeyri-hökumət qruplarının və medianın qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlarını Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmaqla müstəqil mediaya qoyulan yersiz məhdudiyyətləri aradan qaldırmağa çağırıb". 

Parlamentarlar həmçinin "Avropa İttifaqının qlobal insan haqları sanksiya rejiminə uyğun olaraq, Fuad Ələsgərov, Vilayət Eyvazov və Əli Nağıyev də daxil olmaqla, ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə çağırıb". 

434 deputat qətnamənin lehinə, 30 nəfər əleyhinə səs verib, 89 deputat səsvermədə iştirak etməyib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol