• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyinin indiyədək əsasnaməsi olmayıb? - AÇIQLAMA

Müdafiə Nazirliyinin indiyədək əsasnaməsi olmayıb? - AÇIQLAMA
29.05.2020 04:24

Zakir Həsənovun müdafiə naziri postuna təyin edilməsindən iki aydan çox vaxt keçir. Bu müddət ərzində general-mayor daha çox kadr dəyişiklikləri ilə mətbuatın gündəmində olub. Ekspertlər Zakir Həsənovun fəaliyyətini müxtəlif aspekdən izah edirlər. Bəziləri yeni təyinatın ordudakı mövcud problemlərin aradan qalxmasına səbəb olacağını əsaslandırsa da, belə düşünməyənlər də var. 

Bu günlərdə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi yeni təyinatdan bu günə kimi baş verən müsbət və mənfi tərəflərilə bağlı hesabatını oxuculara təqdim edib. Həmin hesabatda mənfi məqam kimi, daha çox köhnə kadrların, bir sözlə, sınaqdan çıxmış kadrların vəzifəyə təyinatı göstərilir.

ANN.Az-a açıqlamasında mərkəzinin direktoru Cəsur Sümərinli bununla bərabər, yeni nazirin dövründə müsbət addım kimi bir məqama da diqqət çəkib. C.Sümərinli həmin müsbət addımı Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin yaradılması ilə bağlı verilən sərəncamla əlaqələndirib: “Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq olunması barədə Fərmanı 18 dekabr 2013-cü il tarixində imzalayıb. Azərbaycan Müdafiə Nazirliyinin yarandığı 1991-ci ildən bu yana bu qurumun Əsasnaməsi olmayıb və bu həm də ona dəlalət edirdi ki, qurumda səlahiyyət və funksiyaların harada başladığı və harada bitməsi barədə konkret qaydalar mövcud deyildi. İndi Əsanamənin elan olunması nəhayət, hakimiyyətdə ordu quruculuğuna dair hansısa konkret baxışların formalaşması barədə düşüncələr formalaşdırsa da, sənədin tam mətninin ortada olmaması, eyni zamanda sənədə istinadən səslənmiş rəsmi fikirlər ciddi şübhələr yaradır”.SeymurANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol