İlham Əliyev “Microsoft International”ın prezidenti ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Davosda “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb. APA – nın məlumatına görə, yanvarın 23-də baş tutan görüşdə Azərbaycanla “Microsoft International” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olunub. Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirilib. Həmçinin “Microsoft”un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulanıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























