• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Trampa ümid bəsləyir

İlham Əliyev Trampa ümid bəsləyir
08.01.2025 08:31
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın hakimiyyəti dövründə Bakı ilə ABŞ arasındakı münasibətlərin inkişaf perspektivlərindən danışıb. 

"Tramp hakimiyyətə tamamilə yeni bir gündəmlə gəldi və onun ilk müddətində Amerika-Azərbaycan münasibətlərində heç bir problem olmadı. Əksinə, münasibətlər çox pozitiv idi və bir çox sahələrdə irəliləyişə nail ola bildik", - Əliyev bildirib.

Onun fikrincə, Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi, ABŞ-Azərbaycan münasibətlərini ABŞ-Ermənistan münasibətlərinə qurban verməsi olub. Yəni Bayden Azərbaycana Ermənistan-Azərbaycan və ya ABŞ-Ermənistan münasibətləri prizmasından yanaşıb və bundan əvvəl əldə olunan yaxşı nəticələr kölgədə qalıb. 

"İkincisi, o, Azərbaycanla bağlı, xüsusilə Qarabağ məsələsində, ədalətsiz mövqe nümayiş etdirdi. Bu, ikili standartlara əsaslanan ədalətsiz bir mövqe idi. Mən dəfələrlə amerikalı nümayəndələrə və mediada açıq şəkildə bildirdim ki, siz Ukraynanın ərazi bütövlüyünü hər iki əllə dəstəkləyirsiniz, ona silah və milyardlarla dollar yardım edirsiniz. Biz də öz ərazi bütövlüyümüzü bərpa etdik. Bəs niyə bizi cəzalandırmaq istəyirsiniz? Cavab yoxdur. Cavab aydındır: bu, ikili standartlardır", - prezident deyib.

Prezidentin sözlərinə görə, Bayden administrasiyasının səhvlərindən biri də ABŞ-a olan etimadı ciddi şəkildə sarsıtmış olmasıdır. "Məsələn, Əfqanıstan mövzusuna qayıtsaq, Azərbaycan Əfqanıstandakı missiyaya qoşulan ilk ölkələrdən biri idi, hərbi kontingent göndərdi və onu dəfələrlə artırdı, həmçinin ABŞ üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini həll etdi".

"Biz onlara lazım olduğumuz müddətcə 907-ci düzəlişi dondurdular, amma biz onlara lazım olmadıqda yenidən qüvvəyə mindirdilər. Bu nədir? Bu, nankorluqdur. Bundan sonra etibardan necə danışmaq olar? Uzunmüddətli əməkdaşlıqdan nə danışmaq olar? Bayden administrasiyasının Sorosu yüksək səviyyədə mükafatlandırması bütün maskaları çıxardı. Yəni bu, Bayden dövründə və Trampdan əvvəlki səkkiz ildə Soros hakimiyyəti idi və məhz buna görə münasibətlərimizdə heç bir irəliləyiş olmadı",  - İlham Əliyev bildirib. 

Onun sözlərinə görə, Azərbaycan  ABŞ ilə ciddi əməkdaşlıq platformasını Klinton və Corc Buş dövründə yaradıb və bu, Tramp dövründə də davam edib. 
 
"Buna görə də ümidlər var. Hələ iyul ayında, ABŞ-da prezident seçkilərində kimin qalib, kimin məğlub olacağı bilinmədiyi vaxtda - həmin məşhur Tramp və Bayden debatları hələ baş verməmişdi - mən sadəcə Azərbaycanın maraqları prizmasından və fərdi şəxs kimi fikrimi bildirdim ki, Tramp bizim cəmiyyətimizin dəstəklədiyi dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəvi dəyərlər – o, bunları təbliğ edirdi… Bayden administrasiyası yalan danışdıqda, vədlər verib sonra yerinə yetirmədikdə və heç nə olmamış kimi davrandıqda, bunu necə qiymətləndirmək olar? Buna görə ümidlər ondan ibarətdir ki, bu əxlaqsızlığa son qoyular və ənənəvi dəyərlər üzərində formalaşan Azərbaycan cəmiyyəti kimi cəmiyyətlər belə xarici təsirlərdən xilas olar. Bu, birinci məsələdir. İkincisi, Trampın bəyanatları çox dəqiq və açıq mesajlar göndərir. İndi bütün bunları təhlil etmək çətindir. Amma deyə bilərəm ki, Azərbaycan ictimaiyyəti bu dəyərlərin böyük əksəriyyətini dəstəkləyir. Yəni, ona ümidlər böyükdür. Ona görə də dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən, ABŞ-Azərbaycan münasibətlərini strateji səviyyəyə yaxınlaşdıra bilərik. Düşünürəm ki, hər iki tərəf maraqlı olsa, ABŞ-Azərbaycan münasibətlərini strateji səviyyəyə qaldıra bilərik", - prezident vurğulayıb. 
 
N.Təbrizli































O



























www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol