• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN-dən Mirzoyanın iddialarına cavab

Azərbaycan XİN-dən Mirzoyanın iddialarına cavab
08.01.2025 21:21
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında "Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı "Qərbi Azərbaycan İcması” ilə bağlı səsləndirdiyi iddialara dair şərhində deyilir.

"Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub.1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara qarşı kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.

Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın "Qərbi Azərbaycan İcması” ifadəsindən istifadə olunmasını "beynəlxalq hüquq pozuntusu”, "ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır. Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini "erməniləşdirmək” və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.

Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını "600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.
 
2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.

Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş "Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın "etnik uyğunsuzluq” konsepsiyasından və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz "Qərbi Azərbaycan İcmasının” üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər",- Hacızadə qeyd edib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol