BMT-nin baş katibi Trampın andiçmə mərasimində olmayacaq

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyi planlaşdırmır. Bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq jurnalistlər üçün keçirdiyi brifinqdə TASS müxbirinin sualını cavablandırarkən bildirib.
"ABŞ prezidentlərinin andiçmə mərasimində iştirak baş katiblər üçün müəyyən edilmiş praktika deyil" deyə o, bununla bağlı suala cavab verib.
Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb. Tramp 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində Demokratların namizədi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisi üstələyərək qalib gəlib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























