• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir

Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
05.02.2025 14:00
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin "yeni və təmiz səhifədən” başlamasını təklif edib. Bu barədə RİA Novosti Paşinyanın ABŞ-a səfəri zamanı Atlantik Şurada etdiyi çıxışa istinadla yazıb. 

"Biz münaqişə məsələləri üzrə gələcək müzakirələrə son qoymağı və yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərin yeni dövrünü açmağı təklif edirik”, - Paşinyan bildirib.
 
Baş nazir sülh müqaviləsinə də toxunaraq vurğulayıb ki, İrəvan və Bakı sülh müqaviləsi layihəsində narahatlıq doğuran bütün məsələlər üzrə razılığa gəliblər.
 
Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişi layihəsinin 90%-ni razılaşdırıblar.


Bundan əvvəl Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu sayca 11-ci təkliflər paketidir. 
 
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ümid edib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər. 
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol