• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
24.02.2025 19:30

24 fevral 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel de Vinki qəbul edib.Bu barədə XİN-dən bildirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.

Münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması baxımından qarşılıqlı müzakirə mexanizmləri, xüsusilə siyasi məsləhətləşmələrdən istifadənin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ötən il Bakıda keçirilən sessiya zamanı əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlandırıb. Prosesə maneçilik törədən ikili-standartlara baxmayaraq, Azərbaycanın ambisiyalı COP29 sədrliyinin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunda bir sıra həlledici elementlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılması istiqamətində əldə etdiyi vacib nəticələrin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf, eyni zamanda postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, delimitasiya üzrə aparılan işlər, habelə sülh gündəliyinin irəlilədilməsinin qarşısında duran mövcud çətinlik və çağırışlar barədə məlumatlandırılıb. Keçmiş münaqişə, o cümlədən postmünaqişə dövründə üzləşdiyimiz ikili standartlar probleminin təəssüf doğurduğu, regional sülh və quruculuq səylərinə xidmət etmədiyi vurğulanıb.

Eyni gündə, Azərbaycan Respublikası və Niderland Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Niderland tərəfindən isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol