• $
  • €
  • ₽
  • ₺
  • £

XİN-dən Mirzoyanın iddialarına cavab

XİN-dən Mirzoyanın iddialarına cavab
24.02.2025 20:00

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bəyanatla çıxış edib.O, Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib.Bu barədə XİN-dən məlumat verilib.

Nazir müavini bildirib ki, ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər:

“İndiki məqamda, Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik.

Münaqişədən sonrakı reabilitasiya münaqişənin bütün mənfi nəticələrinin aradan qaldırılmasını tələb edir ki, bu da eyni zamanda cinayət törətməkdə şübhəli bilinən şəxsləri ədalətə cəlb etməyi ehtiva edir:

Bu Azərbaycanın təkcə hüququ deyil, həmçinin beynəlxalq hüquqa görə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləri məsuliyyətə cəlb etmək öhdəliyidir. Biz təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarının lazımi beynəlxalq standartlara uyğun şəkildə təmin olunmasını təmin etmişik və bundan sonra da davam edəcəyik. Bu səylər ədalətə xidmət edəcək”.

Elnur Məmmədov vurğulayıb ki, müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlı əzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir:

“Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəliyində yüksək tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq.

Digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir:

Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir.

Azərbaycan işğal olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ olan yüz minlərlə məcburi köçkün azərbaycanlının hüquqlarını təmin etmək məqsədilə münaqişədən sonrakı genişmiqyaslı bərpa işləri ilə məşğul olur. Azərbaycan “Böyük Qayıdış” proqramını hazırlayıb və həyata keçirir. Bunun nəticəsidir ki, artıq bir neçə yüz ailə öz doğma torpaqlarına qayıdıb”.

Nazir müavini əlavə edib ki, Azərbaycanın ərazilərinin minalardan və digər partlayıcı qurğulardan ibarət olan böyük miqdarda çirkləndirilməsi bizim bərpa işlərimizin uğurla davam etdirilməsi üçün əhəmiyyətli maneə olaraq qalır:

“2020-ci ildə münaqişənin bitməsindən sonra mülki şəxslər daxil olmaqla 400-ə qədər azərbaycanlı minaların qurbanı olub. Humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılmasına, minaların insan hüquqlarının təminatına mənfi təsirinin aradan qaldırılmasına, mina qurbanlarının reabilitasiyasına dəstək göstərilməsi çağırışımızı bir daha təkrar edirik”.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol