• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev hərbi şəhərciyin tikintisi ilə maraqlanıb - FOTOLAR

İlham Əliyev hərbi şəhərciyin tikintisi ilə maraqlanıb - FOTOLAR
28.05.2020 21:25
Azərbaycan prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi şəhərciyində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub, Xidmətin idman kompleksinin açılışında iştirak edib.Bu barədə APA prezidentin rəsmi internet saytına istinadən məlumat verib.Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Daha sonra dövlət başçısı hərbi şəhərcikdə Heydər Əliyevin abidəsini ziyarət edib, XDMX-nin Situasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub.Dövlət başçısına son illər hərbi şəhərcikdə həyata keçirilən tikinti və yenidənqurma işləri barədə məlumat verilib. Qeyd olunub ki, hərbi şəhərciyin ərazisində kommunikasiya xətləri yenidən qurulub, ərazidəki köhnə tikililər sökülərək yeni binalar inşa edilib. Yeni tikilən beşmərtəbəli iki binada xidmətin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Buradakı bütün idman qurğuları yenilənib.XDMX rəisi Vaqif Axundov məlumat verib ki, 8 min kv. metr ərazisi olan kompleksdə idmanın bütün növləri ilə məşğul olmaq üçün hər cür şərait var.Prezident XDMX əməkdaşlarının istifadəsində olan xüsusi geyim formalarına və ləvazimatlarına baxıb. Qeyd olunub ki, bu avadanlıqlar vasitəsilə sualtı mühafizə tədbirlərinin təşkili yüksək səviyyədə həyata keçirilir. Müxtəlif növ dalğıc kostyumları, hidrokostyum, sualtı xüsusi avtomat, fənər və kompyüter saatı, həmçinin nəfəs tənzimləyici, məsafəölçən, siqnal gücləndirici, sualtı video çəkiliş aparatı, sualtı minaaxtaran və digər avadanlıqlar əməkdaşlara xidməti lazımi formada həyata keçirməyə imkan verir. Kompleksdə müasir avadanlıqla təchiz olunan tibb məntəqəsi də fəaliyyət göstərir.Kompleksdə yaradılan şəraitlə tanış olduqdan sonra prezident XDMX-nin şəxsi heyəti ilə görüşüb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol