Azərbaycan səfiri yaponiyalı həmkarı ilə görüşüb

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov yaponiyalı həmkarı Keiko Furuta ilə görüşüb.Bu barədə Azərbaycanın Düşənbədəki diplomatik missiyası məlumat yayıb.
“Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov Tacikistana yeni təyin olunmuş Yaponiya səfiri xanım Keiko Furutanı səfirlikdə qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti əsas müzakirə mövzularından biri olub”, – səfirliyin sosial şəbəkə hesabında bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























