• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Cənubi Qafqazda sülh qurmaq istəyən ölkədir - Prezident

Azərbaycan Cənubi Qafqazda sülh qurmaq istəyən ölkədir - Prezident
13.03.2025 11:50

Azərbaycan Cənubi Qafqazda sülhü qurmaq istəyən ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. 

"Azərbaycan sülh müqaviləsinin müəllifidir. Cənubi Qafqazda sülh qurmaq istəyirik. Hazırda bu istiqamətdə danışıqlar davam edir və əksər bəndlər razılaşdırılıb", - Əliyev deyib. 

Politoloq Tural İsmayılov bildirir ki, dünyada elə bir ikinci dövlət nümunə göstərmək olmaz ki, Azərbaycan kimi torpaqları işğal olunsun, daha sonra işğal prosesini  öz gücünə bitirsin.

"Biz 30 il ərzində torpaqlarımız  işğal olunan dövrdə heç vaxt savaşı əsas seçim kimi irəli sürməmişik. Həmişə savaş alternativ, sülh isə əsas variant olub. Lakin bütün bunlara baxmayaraq həm 44 günlük Vətən müharibəsinə qədər, həm də post müharibə dövründə Ermənistanın mövqeyləri və atdığı addımlar onu göstərir ki, bizim qarşımızda sülhlə bağlı əsla aydın bir təsəvvürü olan ölkə mövcud deyil. Bundan sonrakı mərhələdə Ermənistanın üzərinə düşən öhtəliklər saxta bəyanatlar vermək yerinə praktiki addımlar atmaqdan ibrarətdir. Əgər doğrudan da Ermənistan Cənubi Qafqaz regionunda ictimai-siyasi sabitliyin qorunmasında maraqlı tərəfdirsə, o zaman sülh imkanlarının əldə edilməsi üçün maksimum səy göstərməli və əlindən gələni etməlidir. İlk olaraq Azərbaycana qarşı ərazi iddialarını, Ermənistan konstitusiyası dəyişilməlidir. Həmçinin  ATƏT-in minsk qrupu tamamilə özünü buraxdığını bəyan etməlidir. Eyni zamanda Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə qarışılmaması ilə bağlı dəqiq aydın mövqelər görməliyik. Hər halda sülhün əldə edilməsi ilə bağlı razılıqlar var eyni zamanda ermənistanın atılmalı olan addımları da qalır.",- politoloq vurğulayıb.

Martın 13-də xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlasında bildirib ki, sülh sənədində açıq qalan iki məsələ ilə bağlı Ermənistan razılığa gəlib. Rəsmi İrəvan da bu xəbəri təsdiq edib və Azərbaycanla sülh danışıqları ilə bağlı görüşməyə hazır olduğunu bəyan edib. 

ABŞ və bir neçə ölkə Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmanı müsbət qarşılayıb. 

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişi layihəsinin 90%-ni razılaşdırıblar.

Bundan əvvəl Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bu sayca 11-ci təkliflər paketidir. 

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ümid edib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcəklər. 
 
Oktyabrın 24-də Paşinyan və Əliyev Kazanda keçirilən BRICS sammiti çərçivəsində görüş keçirərək xarici işlər nazirlərinə sazişin imzalanması üçün layihəni tamamlamaq tapşırığını veriblər. Bundan əvvəl Ermənistan hökumət başçısı sənədin 80-90% razılaşdırıldığını bəyan edib.
 
Bundan əvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə Azərbaycana təklif edib ki, sülh razılaşdırılmış bəndlər üzərinə imzalansın. 
 
Paşinyana cavab olaraq Azərbaycan prezidenti bildirib ki, sülh sazişinin razılaşdırılmış bəndləri üzrə müqavilə bağlanması təklifini reallıqdan kənardır. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, sülh sənədi layihəsinin 80%-i artıq razılaşdırılıb. Sadəcə açıq qalan 2 məsələ var. 
 
Hazırda iki ölkə arasında danışıqlar prosesi davam edir. 

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 


 
Gülnar Nazimqızı 

Aytac Zeynalova


 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol