• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib

Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib
15.03.2025 16:16

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib.

Məktubda deyilir:

"Biz Avropa Parlamentinin martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur.

Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törətmişdir. Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük vermişdir.

Bu soyqırımı aktı zamanı erməni silahlı qüvvələri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə yetirmişlər. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.

Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır.

Qeyd edilməlidir ki, Qarabağ bölgəsinin Azərbaycanın Konstitusiya çərçivəsinə yenidən inteqrasiyası beynəlxalq hüquqa tam uyğun həyata keçirilmişdir. Erməni milliyyətli sakinlərin böyük əksəriyyəti könüllü olaraq köçmək qərarına gəlmişlər və Azərbaycan hələ də onların hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır. Bu baxımdan Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasi motivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.

Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır. Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir.

Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir. 

Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə, ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər".

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol