20 Yanvarla bağlı Avropa Parlamentinə müraciət

Benilüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına müraciət ünvanlayıb.Konqresdən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olub.Benilüks Azərbaycanlıları Konqresi müraciətində Avropa Parlamentini və Benilüks ölkələri qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırıb.Konqres üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























