Hərbi prokuror 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Bu günlərdə Xanlar Vəliyevin 70 yaşı tamam olub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























