• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakıdan Mirzoyanın iddialarına cavab

Rəsmi Bakıdan Mirzoyanın iddialarına cavab
23.03.2025 09:24

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Braziliyanın “Folha” qəzetinə müsahibəsi zamanı guya indiyə qədər əvvəlki COP iclaslarında “Qlobal Cənubun” və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına az diqqət ayrıldığı barədə iddiaları tamamilə əsassızdır.Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər nazirinin Braziliyanın “Folha” qəzetinə müsahibəsində COP-la bağlı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.

“Görünür ki, Ermənistan xarici işlər naziri COP çərçivəsində aparılan iqlim danışıqlarından ümumiyyətlə xəbərsizdir.

İndiyə qədər bütün COP-larda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Qlobal Cənub” üçün əlamətdar qərarlar qəbul edildiyi məlumdur.

Bu baxımdan, Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər yalnız COP29-un deyil, ondan əvvəlki bütün COP-ların da ev sahiblərinə hörmətsizlikdir.

COP29-a gəldikdə isə qlobal iqlim diplomatiyasında dönüş nöqtəsi hesab olunan Bakı COP-u həm təşkilatçılığın səviyyəsi, həm də danışıqların yekununda əldə olunmuş nəticələrə görə ən uğurlu COP-lardan biri kimi qəbul edilir”, - bildirilib.

Qeyd olunub ki, Bakı İqlim Maliyyəsi Hədəfi qərarına əsasən, əvvəllər inkişaf etmiş dövlətlər tərəfindən inkişaf etməkdə olan ölkələrin iqlimlə bağlı fəaliyyətlərini maliyyələşdirmək üçün dövlət mənbələrindən ayrılması nəzərdə tutulan illik 100 milyard ABŞ dolları məbləğində hədəf Bakıda 3 dəfə artırılaraq 300 milyard ABŞ dollarına qaldırılıb:

Həmin qərara əsasən, eyni məqsədlər üçün bütün mənbələrdən (həm dövlət, həm də qeyri-dövlət) əldə olunması nəzərdə tutulan məbləğ 1,3 trilyon ABŞ dolları olaraq müəyyən edilib.

Bakı COP-u həmçinin 10 ilə yaxındır davam edən və indiyə qədər əvvəlki COP-larda nəticə əldə etməyin mümkün olmadığı karbon bazarları mexanizminin (Paris Sazişi Kredit Mexanizmi) işə salınması ilə bağlı qərarın qəbulu ilə də yadda qalıb. Bu çərçivədə də “Qlobal Cənub” ölkələrinin iqlim maliyyəsindən geniş şəkildə faydalanması mümkün olacaq.

COP29 “Qlobal Cənubun” xüsusi əhəmiyyət verdiyi İtki və Zərər Fondunun işə salınması baxımından da əlamətdar olub.

COP29 sədrliyinin xüsusi səyləri nəticəsində əldə olunmuş bu uğurlar Bakı COP-unun nailiyyətlərinin yalnız bir qismidir.

Hazırda qlobal iqlim ictimaiyyəti üçün başlıca prioritet Bakı COP-nun nəticələrinin icrası və Belemdə keçiriləcək növbəti COP-a hazırlıqdır.

Ümidvarıq ki, Belem COP-u da iqlim danışıqlarında növbəti irəliləyiş olacaq”,- deyə XİN-dən bildirilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol