Azərbaycan Əfqanıstan ordusuna daha 1 milyon avro ayırdı

Azərbaycan Əfqanıstan Milli Ordusuna dəstək Fonduna daha 1 milyon avro ayırır. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan bu il İSAF qüvvələrinin çıxarılmasından sonra da Əfqanıstana dəstəyini davam etdirmək niyyətindədir: “Biz əfqan ordusuna dəstək fonduna 1 milyon avro ayırmışdıq və yardımı davam etdirəcəyimizi vəd etmişdik. Bu gün mən demək istəyirəm ki, biz daha 1 milyon avro ayıraraq bunu Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar edilməsinə öz töhfəmiz sayırıq”. Azərbaycan prezidenti NATO-nun baş katibi ilə görüşdə bölgədəki vəziyyət və Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardıqlarını söyləyib: “Bu münaqişə regional təhlükəsizlik və sabitlik üçün əsas maneədir. Münaqişə mümkün qədər qısa zamanda həll olunmalıdır. Problemin həlli beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























