• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Təşəbbüs Qrupu öz saytında petisiya başladıb

Bakı Təşəbbüs Qrupu öz saytında petisiya başladıb
15.04.2025 21:25

Bakı Təşəbbüs Qrupu (BTQ) bu gündən öz saytında “Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək” adlı petisiya yaradıb.

"Report" xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransda elan edib.

Abbasov bütün iştirakçıları petisiyanı imzalamağa və ədalətin bərpasını təmin etməkdə dəstək göstərməyə çağırıb.

Petisiyada müstəmləkəçilik zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınması və təzminatların ödənilməsi tələb edilir. Müstəmləkə rejimlərinin siyasətinin on milyonlarla insanın istismarına, köləliyə, etnik ayrı-seçkiliyə və ciddi sosial-iqtisadi böhranlara səbəb olduğu, müstəmləkə idarəçiliyinin fəsadlarının bu gün də davam etdiyi qeyd edilib. Əsrlər boyu müstəmləkə imperiyalarının işğal etdikləri xalqların hesabına öz sərvətlərini artırdığı, onların təbii resurslarını talan etdiyi, milli kimliyi məhv etdiyi və zorakı yolla öz hökmranlıqlarını davam etdirdikləri vurğulanıb. 

Bu xüsusda, Fransa və Niderland kimi müstəmləkəçi rejimlər, imperiya dövründə qurulmuş sistemlərdən hələ də faydalandıqları qeyd edilərək, müstəmləkəçiliyin təsirinə məruz qalan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Qvadelup, Uollis və Futuna, Martinik, Fransız Qvianası, Sin-Martin, Boneyra, Reyunyon və Mayot kimi ərazilərin bu gün də ədalətsiz ticarət sistemləri, qanunsuz maliyyə axınları və məcburi borc yükü kimi problemlərlə mübarizə aparırdıqları diqqətə çatdırılıb. 

Ləyaqətli təzminatın yalnız mənəvi məsələ olmadığı – bunun, qlobal ədalət və dayanıqlı inkişaf üçün zərurət olduğu vurğulanıb.

Təzminatın bir çox beynəlxalq hüquqi sənədlərdə öz əksini tapdığı qeyd edilib, bu xüsusda BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsi, BMT-nin 2001-ci il Durban Bəyannaməsi BMT-nin sənədləri kimi yayılmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 oktyabr 2023-cü il tarixində Bakıda keçirilmiş “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” və 21 noyabr 2023-cü ildə Bakıda keçirilmiş “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciəti və digərləri qeyd olunub. 

Sonda petisiyada tarixi məsuliyyətin tanınması, kolonial rejimlər tərəfindən rəsmi üzrxahlığın ifadə edilməsi, layiqli kompensasiyanın ödənilməsi, borcların silinməsi və iqtisadi dəstəyin göstərilməsi, sosial və mədəni dəstəyin təmin edilməsi, ətraf mühitə vurulan ziyanın tanınması kimi tələblər irəli sürülüb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol