• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı ilə ticarət dövriyyəsi 20 milyard ABŞ dolları olub

Avropa İttifaqı ilə ticarət dövriyyəsi 20 milyard ABŞ dolları olub
25.04.2025 13:35

Azərbaycan və Avropa İttifaqı yeni hərtərəfli saziş üzrə danışıqların yaxın aylarda yenidən başlayacağını razılaşdırıblar. Bu barədə Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyası sədrinin müavini Kaya Kallas ilə görüşdən sonra bildirib.

Bu Kallasın Bakıya səfəri, onun bu vəzifəyə təyin olunmasından sonra Azərbaycanla ikinci yüksək səviyyəli təmasıdır. Tərəflər ilk dəfə 2023-cü ilin dekabrında ATƏT Nazirlər Şurasının Malta iclası çərçivəsində görüşübdülər.

Azərbaycanlı nazir bildirib ki, Aİ-nin ali nümayəndəsinin səfəri, tərəflər arasında münasibətlərin hazırkı vəziyyətinin və gələcək perspektivlərinin qiymətləndirilməsi baxımından vacib fürsətdir.

Günün əvvəlində Kallaa və onu müşayiət edən nümayəndə heyəti ilə aparılan danışıqlarda bir neçə mühüm məsələ müzakirə olunub. Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyində təkbətək və geniş tərkibli görüşlər keçirilib.

Nazirin sözlərinə görə, Azərbaycan-Aİ münasibətləri 1999-cu ildə imzalanan tərəfdaşlıq və əməkdaşlıq sazişi ilə tənzimlənir. 2016-cı ildə verilən mandat əsasında, 2017-ci ildən başlayaraq yeni və hərtərəfli saziş üzərində danışıqlar aparılır. Bu müddətdə sənədin 90 faizi üzrə razılıq əldə olunub, əsasən ticarət və iqtisadi sahələri əhatə edən bəzi məsələlər isə açıq qalıb.

“Son illər danışıqlar prosesində müəyyən durğunluq müşahidə olunurdu. Lakin bu gün əldə olunan razılığa əsasən, növbəti aylarda danışıqlar davam etdiriləcək,” – nazir bildirib.

Azərbaycan tərəfi, eyni zamanda, Avropa İttifaqının Mərkəzi Asiya və regionla bağlı yeni planları fonunda tərəfdaşlıq sazişinin məzmununun genişləndirilməsinin mümkünlüyünü qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, 2024-cü ilin yekunlarına əsasən Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. Ticarət dövriyyəsi ötən il 20 milyard ABŞ dollarına yaxın olub.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol