• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Şurası komissarının qərəzli bəyanatını rədd edirik - XİN

Avropa Şurası komissarının qərəzli bəyanatını rədd edirik - XİN
29.04.2025 17:21

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin Azərbaycanda aparılan istintaq tədbirləri və son məhkəmə qərarları ilə bağlı səsləndirdiyi əsassız, qərəzli və qəbuledilməz bəyanatını qətiyyətlə rədd edir. Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə Reporta şərhində bildirib.

O qeyd edib ki, sözügedən bəyanat Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxilə məqsədi daşıyan növbəti uğursuz cəhddir:

"Azərbaycan Respublikasında insan hüquqları və əsas azadlıqları milli qanunvericilik və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin edilir və onlara hörmət olunur. Bu hüquq və azadlıqlar ölkədə müstəqil şəkildə fəaliyyət göstərən və qanunun aliliyini təmin edən məhkəmə orqanları tərəfindən qorunur".

O əlavə edib ki, Azərbaycanın suveren ərazisində qanunun aliliyinə təminat verilməsi heç bir şəxsə, o cümlədən peşə fəaliyyətinə görə, xüsusi imtiyaz vermir və bu şəxsləri ölkə qanunlarına əməl etmək öhdəliyindən azad etmir:

"Komissarın bəyanatında adı çəkilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb, cinayət-prosessual məcəlləyə tam riayət edilib və həmin şəxslərin məhkəmə qarşısında bütün hüquqları təmin olunub".

XİN rəsmisi vurğulayıb ki, Avropa Şurasının insan hüquqları üzrə ali komissarı Azərbaycanın müstəqil məhkəmə orqanlarının fəaliyyətinə müdaxilə etmək və təzyiq göstərmək cəhdlərindən çəkinməli, bunun əvəzinə, bir sıra digər AŞ ölkələrində insan hüquqları sahəsində mövcud olan sistematik problemlərə diqqət yönəltməlidir:

"Biz komissarı Avropa Şurasına üzv ölkələrdə artmaqda olan islamofobiya, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı ləyaqəti alçaldan rəftar, siyasi təqiblər, həbsxanalarda baş verən ölüm hallarının artması, eləcə də Avropa institutlarında yayılmış korrupsiya kimi ciddi problemlərə diqqət yetirməyə çağırırıq".

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol