• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan Ermənistana 710 milyon dollarlıq silah göndərir

Hindistan Ermənistana 710 milyon dollarlıq silah göndərir
12.05.2025 08:32

Hindistan iyulda Ermənistana ikinci partiya Akash zenit-raket komplekslərini göndərəcək. Bu barədə bazar günü  IADN  məlumat verib.

İlk partiya  2023-cü ilin sonunda göndərilib.

 Ermənistan 2022-ci ildə Hindistanla dəyəri 60 milyard rupi (710 milyon ABŞ dolları) olan 15 Akash raket sisteminin alınmasına dair müqavilə imzalayıb.

 New Indian Express xəbər verir ki,   Ermənistan bu sistemləri əldə edən ilk xarici ölkə olub.

Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanan Akash sistemi döyüş təyyarələri, qanadlı raketlər, "hava-yer" raketləri, pilotsuz uçuş aparatları və digər hava hədəflərini 25 kilometr məsafədə məhv etmək üçün nəzərdə tutulub.

Dövlətə məxsus Bharat Electronics Ltd tərəfindən istehsal edilən hər bir Akash batareyası bir passiv elektron skanlı 3D radar və hər birində üç raket olan dörd buraxılış qurğusundan ibarətdir və vahid idarəetmə sisteminə inteqrasiya olunur.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol