• $
  • €
  • ₽
  • ₺
  • £

İran və İsrail münaqişəsinin Azərbaycana təsiri necə olacaq?

İran və İsrail münaqişəsinin Azərbaycana təsiri necə olacaq?
13.06.2025 17:36

Gecə saatlarında İsrailin  İrana qarşı geniş miqyaslı hərbi əməliyyatları nəticəsində İranın bir sıra neft və hərbi obyektlərinə zərbələr endirilib.

İsrail rəsmilərinin sözlərinə görə, münaqişə ən azı iki həftə davam edəcək.

İsrail və İran arasında baş verən müharibə  Azərbaycana hansı təsirləri ola bilər?

Milli Məclisin deputatı Rasim Musabəyov bildirir ki, baş verən münaqişə uzun müddətli olarsa,  İranla Azərbaycanın ticarət əlaqələrinə təsir edə bilər.

"Müharibənin nə qədər davam edəcəyi məlum deyil. Qısa müddətli olsa, inanmıram ki,  Azərbaycana hansısa bir təsirləri olsun. Uzandığı halda təbii ki, Naxçıvanla komnukasiyamız İrandan keçdiyi üçün vəziyyət pisləşə bilər. Eyni zamanda bir çox ərəb ölkələri ilə ticarət əlaqələrimiz İrandan keçərək həyata keçirilir. Bunlar hamısı problem olacaq. Bundan başqa bombardman olsa, qaçqınlar olacaq. Hələlik bunların heç birini demək mümkün deyil",- deputat vurğulayıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şabanın fikrincə, bu münaqişə neft bazarını gərginlikdə saxlayacaq və bu müddətdə də neftin qiyməti əvvəlkindən yüksək olacaq.

"Dünən 69 dollar olan neft, artıq 74-75 dollar olub. Bu neft bazarını gərginlikdə saxlayacaq və bu müddətdə neftin qiyməti əvvəlkindən yüksək olacaq. Bu qısa müddətlidir. Əsas odur ki, bazar qısa müddətdəki mövcud riskləri özü üçün götür-qoy etsin.  Ümumilikdə cari il üçün brent markalı neftin  orta qiymətini 67-69 dollar dəhlizində görülür. Reallıqda necə olacağı hadisələrin gedişindən asılı olacaq. Çünki elə hadisələr baş verir ki, istər Amerikada olsun, istərsə də, Yaxın Şərqdə bunları proqnoz etmək praktiki olaraq mümkün deyi",- İlham Şaban bildirib.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın İranla iqtisadi münasibətləri o qədər də yüksək səviyyədə deyil ki, iqtisadi cəhətdən böyük təsir etsin.

"Şimal və Cənub nəqliyyatdan müəyyən yüklər  Rusiyadan İrana daşınır. Burada müəyyən fasilə yarana bilər. Onun Azərbaycana böyük iqtisadi təsiri olacağına  zənn etmirəm. Siyasi təsirləri ola bilər. Azərbaycan dövləti təhlükəsizliklə bağlı ciddi tədbirlər görməlidir. İranla sərhəd onsuzda bağlıdır. Böyük humanitar böhranın yaşanacağını zənn etmirəm. İran mühafizəkar dairələr hər zaman deyiblər ki, İsrail onlara hücum etsə, və yaxud Amerika zərbə endirsə, Amerikanın iqtisadi hərbi mərkəzlərlərinə zərbələr endirə bilərlər. Azərbaycanda nə Amerikanın, nə də İsrailin hərbi mərkəzləri yoxdur. Bakıda Amerika və israil səfirlikləri artıq təhlükəsizlik tədbirləri bəlli səbəblərə görə artırılıb. Azərbaycan rəsmi olaraq müharibənin əleyhinədir. Amma biz yəqin ki, məsələdə tərəf tutmayacağıq. Sadəcə danışıqlar yolu həlinə tərəfik. Neytral mövqeydən çıxış edəcəyik",- politoloq bildirib.

İqtisatçı Natiq Cəfərli bildirir ki, İranda belə bir ciddi münaqişənin olması, heç də yaxşı hal deyil.

"İstər - istəməz münaqişə öz təsirlərini göstərəcək. Çünki bölgəmiz gələcəkdə böyük logistika mərkəzlərindən birinə çevrilməlidir. Bununla bağlı böyük planlar var.  Həm Zəngəzur təhlizi,həm də İran ərazisindən keçən yollar və s. bu nöqteyi-nəzərdən münaqişə olan bölgələrdən tranzit yük daşımaları çətinləşə bilər. Amma hələlik günlük təsirlərdə o qədər də fərq etmir. Neftin qiymətində  7-8 dollar artım oldu. Bu Azərbaycana əlavə neft gəlirlərinin daxil olmasına ən azından bir müddətlik daha çox valyuta daxil olmasına səbəb olacaq",- iqtisatçı vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

Israil və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunub.

Azərbaycan və İran arasında  2024-cü ildə ikitərəfli yükdaşımalar 20%, tranzit daşımalar isə 23% artıb .

Azərbaycan İrana neft məhsulları, elektrik enerjisi, alüminium və kənd təsərrüfatı məhsulları ixrac edir. İran isə Azərbaycana tikinti materialları, meyvə-tərəvəz, məişət texnikası və avtomobil hissələri ixrac edir.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol