• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Koreya Respublikasının yeni səfirini qəbul edib

İlham Əliyev Koreya Respublikasının yeni səfirini qəbul edib
15.06.2025 12:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin uğurlu inkişafına toxunaraq, siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb, mütəmadi əsasda siyasi məsləhətləşmələrin və dialoqun aparıldığını qeyd edib. Prezident İlham Əliyev siyasi və iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu deyib, bu xüsusda ölkəmizin sənayeləşmə, həmçinin Azərbaycanın regionlarının inkişafı proqramları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.

Kımqu Kanq Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, 15 İyun - Milli Qurtuluş Günündə Prezident İlham Əliyev tərəfindən qəbul edilməsinin onun üçün böyük şərəf olduğunu deyib. Səfir Koreya Respublikasının ozamankı Prezidenti Ro Mu Hyunun Azərbaycana rəsmi səfərini, həmçinin Prezident İlham Əliyevin Koreya Respublikasına dövlət səfərini xatırlayıb və bu səfərlərin əlaqələrin inkişafına ciddi təkan verdiyini vurğulayıb.

Görüşdə ölkələr arasında yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil, o cümlədən peşə təhsili, tibb və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir Ələt Azad İqtisadi Zonasının Koreya Respublikasının biznes dairələri üçün maraqlı olduğunu deyib.

Söhbət zamanı Azərbaycanın siyasəti nəticəsində Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edildiyi diqqətə çatdırılıb, bu xüsusda Koreya yarımadasında da davamlı sülhün təmin olunacağına ümidvarlıq ifadə edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol