• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda siyasi partiyanın adı dəyişdi

Azərbaycanda siyasi partiyanın adı dəyişdi
07.01.2014 09:15
Sülhəddin Əkbərin sədri olduğu Açıq Cəmiyyət Partiyasının yeni adı məlum olub. Növbəti qurultayda ACP-nin adı dəyişdirilərək Azad Demokratlar Partiyası rəsmən elan ediləcək.Yanvarın 5-də Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin toplantısı keçirilib. İclasda qurultaya hazırlıq məsələləri müzakirə edilib. İclasda yeni təsis olunacaq partiyanın adının Azad Demokratlar Partiyası olması haqqında qərar qəbul edilib. Qurultaya 5 nəfərdən bir olmaqla nümayəndəlik norması qəbul edilib, rayon, şəhər təşkilatlarının təsis konfranslarının keçirilməsinə başlamaq haqqında qərar verilib. Bundan başqa, təşkilat komitəsi  üzvləri arasında iş bölgüsü aparılıb, regionlarla da qurultaya hazırlıq üzrə işin aparılması üçün konkret məsuliyyət daşıyan şəxslər müəyyən olunub. Toplantıda partiyanın nizamnamə layihəsi haqqında məlumat verilib, siyasi-ideoloji xətti barədə ilkin müzakirələr aparılıb. Qeyd edək ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Sülhəddin Əkbərdir. Məlumdur ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş Azərbaycan Demokrat Partiyası var. Bu partiyanın qısaldılmış-abreviatura variantında adı ADP-dir. Azad Demokratlar Partiyasının da abreviatura variantında adının ADP olduğunu nəzərə alsaq, Azərbaycan Demokrat Partiyasının məsələyə münasibətinin necə olacağı sualı ortaya çıxır. ADP sədri Sərdar Cəlaloğlu ilə bu barədə söhbətimizdə məlum oldu ki, yeni ADP-nin yaranmasından narahat deyil: “Azərbaycanda ”Siyasi partiyalar haqqında" Qanun var. Həmin qanun Azərbaycanda eyni adla, eyni abreviatura ilə iki partiyanın olmasını qadağan edir. Ona görə də Ədliyyə Nazirliyi yəqin ki, ona baxacaq. Əgər Azad Demokratlar Partiyasının abreviatura olunmuş adı ADP olacaqsa, hər halda, qeydə almayacaq".S.Cəlaloğlu məsələ ilə bağlı Sülhəddin Əkbərlə danışmağa ehtiyac duymadığını dedi: “Mən Sülhəddin Əkbərin hansısa adla yeni partiya yaratmasından narahat deyiləm. Ona görə də heç maraqlanmıram ki, o nə yaradır, niyə yaradır, hansı adla yaradır. Mənim nəyimə lazımdır. Lap adını Azərbaycan Demokrat Partiyası qoysunlar, nə olacaq onda. ACP-nin adını niyə dəyişirlər? Siyasətdə belə qeyri-ciddi davranış olmaz. Əvvəlcədən fikirləşmək lazımdır ki, ad necə olsun. İndi ad dəyişməklə təzə partiya meydana çıxacaq?”“ACP-ni Rəsul Quliyev yaratmışdı. Bəlkə Sülhəddin Əkbər partiyanın adını Rəsul Quliyevlə artıq bir bağlılığın qalmadığını göstərmək üçün dəyişir” sualına isə ADP sədri belə cavab verdi: “Bunlar qeyri-ciddi məsələlərdir. Ona görə də şərh vermək fikrim yoxdur. Bunlar hamısı boş-boş şeylərdir”.Sülhəddin Əkbər isə bildirdi ki, Azad Demokratlar Partiyasının Azərbaycan Demokrat Partiyası ilə heç bir yaxınlığı yoxdur: “Qısaldılmış adına gəldikdə isə iki variant nəzərdə tutulur. Ya Müsavat Partiyası kimi nizamnaməsində yazıla bilər ki, qısaldılmış formada adı yoxdur, yaxud da qısaldılmış variantda AzDP adlandırıla bilər”. S.Əkbər partiyanın qurultaya hazırlıqla bağlı təşkilat komitəsinə üç aylıq müddət verildiyini bildirdi: “Üç aydan sonra biz qurultayın vaxtını və keçirilmə yerini müyyən etməyi nəzərdə tuturuq. Bu da təxminən martın 22-dən sonra dəqiqləşəcək”. /musavat.com/ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol