• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh

Rusiya "imperiya təfəkküründən" əl çəkə bilmir- Deputat/Şərh
01.07.2025 17:46

 Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə Rusiyanın keçmiş sovet ölkələrinə qarşı siyasətini tənqid edərək, Moskvanın "imperiya təfəkküründən" əl çəkə bilmədiyini deyir. Bu barədə deputat anews.az-a müsahibəsində deyib. 

Deputatın sözlərinə görə,  Rusiya bu hərəkəti ilə hamını özünə tabe etməyə çalışır.

"Rusiya  öz imperiya qaydalarına son qoya bilmir. Rusiyanın istəyi Sovet İttifaqını yenidən bərpa edərək,  bütün keçmiş sovet ölkələrini işğal etməkdir. Ukraynada əməliyyatlar keçirilir və hər gün bombardmanın nəticəsində uşaqlar və qadınlar öldürülür. Digər tərəfdən öz ərazisində yaşayan başqa xalqın insanlarına işgəncə verirlər.  Rusiya beynəlxalq aləmdə nüvə silahı ilə hədə-qorxu siyasətini davam etdirir və digər ölkələrlə, o cümlədən Azərbaycanla da şantaj dili ilə danışmağa çalışır. Bu yanaşma Rusiyanın tarixi siyasi xəttindən qaynaqlanır və bu gün də regionda sabitliyə təhlükə yaradır.,- deputat vurğulayıb.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, Rusiya Azərbaycandan istədiyini əldə edə bilmədiyi üçün gərginlik yaratmağa çalışır və bu vəziyyət onun qəzəbinə səbəb olur.

"Prezident İlham Əliyevin Rusiya səfərini təxirə salaraq sərt mövqe nümayiş etdirməsi, Bakının Moskva ilə münasibətlərdə prinsipial xətt tutduğunu göstərir. Cənubi Qafqazda Rusiyanın mövqeyi zəifləyir və bu, onun üçün ciddi zərbədir. Azərbaycan bu regionda müstəqil və qətiyyətli siyasət yürüdür, Rusiya isə bu vəziyyəti qəbul edə bilmir. Ona görə də bəzi hallarda vəhşiliklərə əl atılır,” –  partiya rəhbəri vurğulayıb.

Bu gün Səhiyyə Nazirliyinin ekspertiziya xidmətinin rəhbəri Ədalət Həsənov mətbuata açıqlamasında bildirilib ki, öldürülən azərbaycanlıların cəsədlərində ttravmatik şok və çoxsaylı xəsarətlər aşkarlanıb. 

Ekspertiza zamanı qabırğa sınıqları, beyin zədələri, daxili hemorroriyalar və həmçinin ağır bədən xəsarətləri qeydə alınıb. Rusiya tərəfi isə ilkin olaraq Səfərovlardan birinin ölümünü ürək çatışmazlığından olduğunu açıqlamışıdı. 

Yekaterinburqda baş verən hadisədə iki azərbaycanlı öldürülüb. Bir neçə nəfər həbs olunub. Azərbaycanlılar illər öncə törədilən cinayət hadisəsində ittiham olunurlar. 

Azərbaycan hökuməti reaksiyası Yekaterinburq hadisəsinə görə Rusiya ilə mədəniyyət və diplomatik əlaqələrdə dəyişikliklər edib. Bakı rus mədəniyyət tədbirlərini ləğv edib və Rusiya səfirliyinin ikinci katibini Xarici İşlər Nazirliyinə çağırıb.

Eyni zamanda bir gün öncə “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakıdakı filialı olan “Sputnik Azərbaycan” ofisində Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 7 nəfər saxlanılıb. Saxlanılanlardan 2 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, digər 5 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. 

Bundan sonra Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayeve Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq ona şifahi nota verilib. 

Aytac Zeynalova

 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol