• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndidə keçirilən Zirvə Görüşünün xüsusi mənası var -İlham Əliyev

Xankəndidə keçirilən Zirvə Görüşünün xüsusi mənası var -İlham Əliyev
04.07.2025 13:36

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə Görüşündə çıxış edərək toplantının əhəmiyyətini vurğulayıb və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və inkişaf işlərindən bəhs edib.

Dövlət başçısı qeyd edib ki, bir beynəlxalq zirvə görüşünün Qarabağda, Xankəndidə keçirilməsi xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə artıq bir neçə beynəlxalq tədbir təşkil edilib — o cümlədən, 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəsi və bu ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü baş tutub.

İlham Əliyev çıxışında qeyd edib ki, Ermənistan uzun illər Azərbaycanın təxminən 20 faiz ərazisini işğal altında saxlayıb, etnik təmizləmə aparıb və bir milyondan artıq azərbaycanlını doğma torpaqlarından didərgin salıb.

 “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb. Dəfələrlə xəbərdarlıq etmişdik ki, əgər Ermənistan qoşunlarını çıxarmasa, ərazi bütövlüyümüzü istənilən vasitə ilə bərpa edəcəyik”,  -  Əliyev deyib.

Prezident bildirib ki, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 300-dən çox şəhər və kəndini azad edib və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qalıb.

İşğal dövründə törədilmiş dağıntılara toxunan dövlət başçısı 67 məsciddən 65-nin tamamilə məhv edildiyini, digərlərinin isə təhqiredici məqsədlərlə istifadə olunduğunu qeyd edib. Həmçinin qəbiristanlıqların dağıdıldığını, qəbir daşlarının Ermənistana aparıldığını bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycan dövləti tərəfindən aparılan qiymətləndirməyə əsasən, işğalın vurduğu ziyanın məbləği 150 milyard ABŞ dolları civarındadır. O vurğulayıb ki, Ermənistan tərəfindən 1 milyondan artıq mina basdırılıb və müharibədən sonra təxminən 400 nəfər mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin getdiyini bildirən Prezident, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıtdığını və bu bölgələrdə 50 mindən artıq insanın yaşadığını, işlədiyini və təhsil aldığını vurğulayıb.

Dövlət başçısı həmçinin Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının təmin edilməsinin vacibliyinə diqqət çəkib. O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası bu məsələyə dair yekdil qətnamə qəbul edib və bu, beynəlxalq dəstəyin bariz nümunəsidir.

“Qərbi azərbaycanlıların sülh yolu ilə doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində səylər bundan sonra da davam etdiriləcək,” – deyə Prezident İlham Əliyev bəyan edib.

O, çıxışının sonunda Azərbaycanın ECO ilə əməkdaşlığa böyük önəm verdiyini, təşkilata üzv dövlətlərlə münasibətlərin inkişaf etdiyini və 2024-cü ildə ilk dəfə təşkil olunan ECO Həftəsinin uğurla keçdiyini qeyd edib.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol