• $
  • €
  • ₽
  • ₺
  • £

Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib

Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
04.07.2025 14:53

Əfqanıstan İslam Əmirliyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti – 18-ci sammitinin Kabildə keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə təşkilatın Xankəndidə keçirilən 17-ci Zirvə Görüşündə Əfqanıstan nümayəndəsi Əbdülqəni Maraqa bəyan edib.

“Əfqanıstan xalqını təmsil etməkdən məmnunam və bu Zirvənin Azərbaycanda təşkil olunmasına görə Prezident İlham Əliyevə təşəkkür edirəm,” – Əbdülqəni Maraqa bu tədbirin “tərəqqiyə yol açan əlamətdar bir hadisə” olduğunu bildirib.

O vurğulayıb ki, Əfqanıstan İslam Əmirliyi bütün regional dövlətlərlə əməkdaşlığa hazırdır və ölkə daxilində narkotik ticarətinə qarşı ciddi tədbirlər həyata keçirilir.

“Biz tarazlı xarici siyasət yürüdür, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışırıq,” –  Maraqa bildirib.

Əfqanıstanın iqtisadi sabitliyi və dirçəlişi üçün regional layihələrdə iştirakın vacibliyinə toxunan Maraqa, ölkəsinin Şimal-Cənub dəhlizi və Lapis-Lazuli marşrutu kimi təşəbbüsləri dəstəklədiyini deyib. O həmçinin Türkiyənin bu prosesdə oynadığı rolu yüksək qiymətləndirib.

“Əfqanıstan sərmayə üçün əhəmiyyətli potensiala malikdir. Biz kənd təsərrüfatı və mədən sənayesi sahəsində xarici investisiyaları alqışlayırıq,” –  Əfqanıstan nümayəndəsi əlavə edib.

Maraqa çıxışında həmçinin İƏT-in keçmiş proqramlarında Əfqanıstanın texniki və məlumat mübadiləsində fəal iştirak etdiyini xatırladaraq, bu təcrübənin təkcə Əfqanıstan üçün deyil, bütün region üçün faydalı olduğunu vurğulayıb.

Sonda o, İƏT-ə üzv dövlətləri Fələstin xalqına dəstəyə çağıraraq, müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini bildirib və növbəti sammitin Kabildə keçirilməsini təklif edib.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol