• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev Çinlə münasibətlərin çox güclü olduğunu təsdiqləyib

Əliyev Çinlə münasibətlərin çox güclü olduğunu təsdiqləyib
19.07.2025 18:22

Bakı ilə Pekin arasında qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlər yüksək səviyyədə inkişaf edir və bu, dövlətlərarası əməkdaşlığın ən ali formalarından biridir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında Çinli jurnalistin sualını cavablandırarkın deyib.

"Bir neçə gün əvvəl Çin Xalq Respublikasına səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün vizasız rejim tam şəkildə tətbiq olundu. Biz isə hələ altı ay öncə Çin vətəndaşları üçün vizanı ləğv etmişdik," – Prezident Əliyev vurğulayıb.

Onun sözlərinə görə, bu qərar iki ölkə arasında tələbə, sahibkar və turist səviyyəsində əlaqələri daha da intensivləşdirəcək.

Əliyev əlavə edib ki, Azərbaycan Çin Xalq Respublikasının ərazi bütövlüyü və digər əsas məsələlər üzrə mövqelərini həmişə dəstəkləyib.

"Bizim xarici siyasətimiz suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və bu mövqe Çin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir",- Əliyev deyib.


Dövlət başçısı Azərbaycanın qlobal logistika zəncirində önəmli rol oynadığını qeyd edib.

 “Çinin müxtəlif şəhərlərindən konteyner qatarları Azərbaycan üzərindən Qərbə doğru hərəkət edir və bu nəqliyyat axınlarının gələcəkdə daha da artacağı gözlənilir",- Əliyev bildirib.


Azərbaycan "Bir kəmər – bir yol" təşəbbüsünü ilk gündən dəstəkləyib və onun həyata keçirilməsi üçün zəruri infrastruktur yaradıb.

 Əliyev vurğulayıb ki, Çin şirkətləri Azərbaycanda günəş elektrik stansiyalarının tikintisində aktiv iştirak edir, istifadə olunan panellər də məhz Çində istehsal olunur.

"Yaxın zamanda günəş və külək enerjisi sahəsində birgə istehsalı nəzərdə tutan razılaşmalar imzalanıb. Bu istiqamətdə əməkdaşlıq yalnız genişlənəcək," –  o bildirib.


Prezident əlavə edib ki, iki ölkə arasında siyasi dialoq həm ali səviyyədə, həm də regionlar arasında sıx şəkildə davam edir.

 Azərbaycanın bir sıra Çin vilayət və şəhərləri ilə sıx əlaqələri mövcuddur.


“Çində fəaliyyət göstərən Azərbaycan Ticarət Evələri məhsullarımızın tanıdılmasına və iqtisadi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir,” –  o bildirib.


Əliyev qeyd edib ki, Çin, Orta Asiya, Qafqaz və Avropanı birləşdirəcək yeni dəmir yolu marşrutunun inkişafı da gündəmdədir. Bu layihə beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilir və Azərbaycan ilə Çin arasındakı əlaqələrin dərinləşməsinə əlavə imkan yaradacaq.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol