• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan və Pezeşkian Çində Cənubi Qafqazdakı sülh prosesi barədə danışıblar

Ərdoğan və Pezeşkian Çində Cənubi Qafqazdakı sülh prosesi barədə danışıblar
02.09.2025 13:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian Çində keçirdikləri ikitərəfli görüş zamanı Cənubi Qafqazda sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə hər iki ölkənin prezident aparatları bəyanat yayıb.

Türkiyə tərəfinin yaydığı məlumata görə, prezident Ərdoğan regionda davamlı sülhün təmin olunması üçün Ermənistan və Azərbaycan liderləri ilə əlaqə saxladığını bildirib.

“Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında kommunikasiya kanallarının açılması hamımızı maraqlandıran məsələdir”, –  Ərdoğan vurğulayıb.

İran prezidentliyinin yaydığı bəyanatda isə Pezeşkian regiondankənar qüvvələrin Cənubi Qafqazdakı mövcudluğuna qarşı olduqlarını bildirib.

“Biz Ermənistanla Azərbaycan arasında imzalanmış sazişləri dəstəkləyirik. Eyni zamanda, Qafqazda regiondankənar qüvvələrin istənilən mövcudluğunun əleyhinəyik”, –  o qeyd edib.

Görüş Çin Xalq Respublikasının ev sahibliyi etdiyi beynəlxalq tədbir çərçivəsində baş tutub.

Liderlər ticarət, enerji və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

Gülnar 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol