• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən imtina etdi

Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədrliyindən imtina etdi
26.12.2013 16:55
Yazıçı və kino xadimi Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurası üzvlərinə müraciət edib. ANN.az-ın contact.az-a istinadən xəbərinə görə, müraciətdə deyilir: “Prezident seçkisindən dərhal sonra demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırır. Milli Şuranın fəaliyyətinin nəticələrini şübhə altına alanların məqsədlərini analiz etmək fikrində deyiləm, lakin şübhəsiz ki, onların fəaliyyəti demokratik qüvvələrin birliyini pozmağa yönəlib və Milli Şuranın mövcudluğu faktının beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsindən narahatlıq keçirən hakimiyyətin maraqları ilə üst-üstə düşür. Milli Şuranı tənqid edənlər öz destruktiv hərəkətlərini bizim təşkilatın “sıralarının təmizliyindən” narahatlıqları ilə ört-basdır edirlər, lakin ardıcıl olaraq qurumun yaradılmasına, prezident seçkisində Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə necə mane olduqlarını unudurlar. Və bu gün yalnız özlərinə aydın olan hansısa məqsədlərinə nail olmaqla Milli Şuranın tənqidçiləri iyirmi il ərzində qarşılıqlı irad və ittihamlar səbəbindən pərən-pərən düşmüş demokratik qüvvələrin bu geniş koalisiyasının tarixi əhəmiyyətini kiçildirlər. Dünya demokratik birliyi Milli Şuranı Azərbaycanda demokratik müxalifətin yeni inkişaf pilləsi kimi qəbul edir, faydalı qarşılıqlı əməkdaşlığı mümkün olan nüfuzlu təşkilat kimi görür. Bu, hakimiyyəti və öz hərəkətləri ilə Milli Şuranı iki-üç partiyanın ittifaqına çevirmək istəyənləri narahat edir. Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm. Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək. Demokratik birliyin yaradılması uğrunda səylərimə haqq qazandıranlara və dəstəkləyənlərə bir daha öz təşəkkürümü bildirirəm və bu məktubun istefam barədə rəsmi bəyanat hesab olunmasını xahiş edirəm”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol