• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentə xəyanət edən Mehdiyev və tərəfdaşları cavab verəcək - Deputat

Prezidentə xəyanət edən Mehdiyev və tərəfdaşları cavab verəcək - Deputat
17.10.2025 11:15

Prezident İlham Əliyevə xəyanət edən Ramiz Mehdiyev və tərəfdaşları qanun qarşısında cavab verəcək. Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı oktyabrın 18-də keçirilən iclasda çıxışı zamanı deyib. 

“Ölkəmizin ən çətin günlərində dövlət çevrişlərinə cəhd risklərinin qarşısını Heydər Əliyev alıb. İndiki kimi bu cür risklərə yol verən şəxslər cinayətkar kimi cəzalandırılmalıdır. Bu, xalqımıza və şəhidlərimizə qarşı xəyanətdir,” — İbrahimqızı deyib.

O əlavə edib ki, “Prezidentə qarşı xəyanət edən Ramiz Mehdiyev və tərəfdaşları qanun qarşısında cavab verəcək.”

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə  cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. R.Mehdiyev  Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Daha sonra, 2019–2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol