Putin İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. ANN.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu,Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir və ən xoş arzularımı bildirirəm.Bizim münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli birgə işimizin davam edəcəyinə əminəm.Ailənizə mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























