• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
30.10.2025 21:50

Bakıda Azərbaycan və Belarus Xarici İşlər Nazirlikləri (XİN) arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Belarus nümayəndə heyətinə isə Belarus XİN-in Konsulluq baş idarəsinin rəisi Kojan Andrey Vyaçeslavoviç rəhbərlik edib.

Məsləhətləşmələrdə hər iki tərəfin xarici siyasət orqanlarının məsul əməkdaşları, Azərbaycan Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, həmçinin Belarus Xarici İşlər Nazirliyinin və bu ölkənin Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.

Məsləhətləşmələrin sonunda aparılmış müzakirələrə uyğun olaraq protokol imzalanıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol