• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın ikinci ən böyük yəhudi qəzeti Azərbaycandan bəhs etdi

ABŞ-ın ikinci ən böyük yəhudi qəzeti Azərbaycandan bəhs etdi
20.12.2013 10:18
600 minə yaxın yəhudinin yaşadığı Los Anceles şəhərində nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu “The Jewish Journal” həftəlik qəzeti 19 dekabr 2013-cü il tarixli sayını Azərbaycana həsr edib.Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, “The Jews of Azerbaijan: Why they thrive in a Shiite Muslim country” başlıqlı məqalə qəzetin baş redaktoru Rob Eşman  (Rob Eshman) tərəfindən yazılıb. R.Eşman bu yazını cari ilin 31 oktyabr-1 noyabr tarixlərində Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədilə ölkəmizə səfəri zamanı əldə etdiyi təəssüratlar əsasında hazırlayıb. Məqalə “The Jewish Journal”ın əsas materialı (cover story) kimi dərc olunub, məqalənin başlığı qəzetin üz qabığında (dağ yəhudilərinin yaşadığı “Qırmızı Qəsəbə”dən çəkilmiş fotonun müşayiəti ilə) əsas başlıq kimi əks olunub. R.Eşman məqalədə bildirib ki, Forumda iştirak etməklə neçə illərdir haqqında eşitdiyi, ancaq görmədiyi bir ölkə ilə tanış olmaq imkanı qazanıb. O, həmçinin qeyd edib ki, əslində Azərbaycan əksər amerikalıların müsəlmanlar haqqındakı standart düşüncələrinə uyğun gəlmir. Azərbaycanın sürətlə inkişaf etdiyini və ÜDM-in dəfələrlə artığını qeyd edən müəllif onun İsrailin ən iri neft təchizatçısı olduğunu xüsusilə vurğulayır. Daha sonra müəllif Azərbaycanın ictimai-siyasi tarixindən mühüm məqamlara toxunaraq, Sovet İttifaqının süqutundan sonra ölkədə Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət quruculuğu və sosial-iqtisadi sahələrdə əldə olunmuş nailiyyətlərdən, dünyəviliyin, multikulturalizm və tolerantlığın təşviqindən bəhs edir, Azərbaycan prezidenti tərəfindən ölkədə yaşayan müxtəlif dini etiqadlara, o cümlədən yəhudilərə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayır. R.Eşman Azərbaycandakı tolerantlığın qərbdən idxal edilmiş bir xüsusiyyət deyil, Azərbaycanın özünə məxsus olan qədim ənənə olduğunu bildirir. Quba rayonuna səfəri və Qırmızı Qəsəbədə dağ yəhudiləri ilə keçirdiyi görüşlərdən bəhs edən müəllif 1918-ci ildə Quba rayonunda ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı və yəhudilərin xatirəsinə ucaldılmış “Quba Soyqırımı Memorial Kompleksi” barədə də geniş məlumat verir: “Quba yaxınlığında sivri uclu beton konstruksiya və parlaq qranitdən yenicə hazırlanmış memorial kompleksə daxil olduq. Kompleksin yanında 1918-ci ildə bolşevik, erməni və xristian qüvvələr tərəfindən müsəlman və yəhudi əhaliyə qarşı aparılmış qətliamda həlak olan insanların qazıntı nəticəsində tapılmış kəllə sümüklərindən ibarət təpəciklər yerləşir. Burada təxminən 600 nəfər, bələdçimizin də dediyi kimi, “erməni banditlər” tərəfindən qəddarlıqla öldürülüblər.” R.Eşman abidənin ona yəhudi soyqırımı qurbanlarının xatirəsinə İsraildə ucaldılmış memorial kompleksini xatırlatdığını bildirir. Müəllif BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalının davam etdirildiyini vurğulayır. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol