Ceyhun Bayramov Macarıstana gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat paylaşılıb.
Bildirilib ki, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























