Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana gəlib.Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
O, Mixail Qaluzinlə görüşdüyünü bildirib.
Qeyd edib ki, görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























