• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
22.12.2025 21:40

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Bayramov cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində ilk dəfə olaraq Azərbaycanın nümayəndəsi kimi Ərgüc Kələntərlini təşkilatın baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi olduğunu vurğulayıb.

Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə, humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib görüş zamanı təşkilatın fəaliyyəti, prioritet istiqamətləri və planları barədə ətraflı məlumat verib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol