• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir

Rusiyanın bu günlərdə AZAL-la bağlı təqdim etdiyi məktub ciddi təəccüb doğurdu - Nazir
26.12.2025 17:12

Bu günlərdə Rusiya tərəfindən AZAL təyyarəsi ilə bağlı təqdim edilən məktubda ciddi təəəccüb doğuracaq məqamlar əksini tapıb. Bunu  xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, Düşənbədə iki ölkə prezidentinin görüşü zamanı Rusiya lideri Vladimir Putin əldə etdiyi məlumatlara əsaslanaraq təyyarənin Rusiya hava məkanında raket partlayışı nəticəsində zədələndiyini dilə gətirib.  Putin həmçinin kompensasiya məsələsini dilə gətirib.

Bayramov əlavə edib ki, Rusiya istintaqının məktubu Azərbaycana təqdim olunub və ciddi təəccüb doğuracaq məqamlar əksini tapıb.

"Bu yaxın günlərdə Rusiya istintaqı məktubu Azərbaycana təqdim edib. Məktubda Azərbaycanın ciddi təəccüb doğuran məqamları yer alıb. Həmin məqamlarda cinayət işinə xitam verilməsi qeyd olunub ki, bu da ciddi təəccüb doğurur. Məktuba cavab olaraq müvafiq qurumlarımız tərəfimizdən Rusiya tərəfinə məlumat verilib. Ən azı qeyd etdiyimiz kimi, gözləntimiz iki prezidentin danışığına uyğun olaraq hüquqi qiymətin verilməsi və kompensasiyanın ödənilməsidir", - nazir deyib. 

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol