• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfirliyi bəyanat verdi - “Şahdəniz-2” ilə bağlı

ABŞ səfirliyi bəyanat verdi - “Şahdəniz-2” ilə bağlı
17.12.2013 23:19

“Bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq”Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan hökumətini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “Şahdəniz” konsorsiumunun özəl pay sahiblərini və Cənub qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla, digər iştirakçı tərəfləri “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasıın uğurla başa çatması münasibətilə təbrik edir. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq. Xəzər qazını beynəlxalq bazarlara çıxararaq, bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyacının ödənilməsinə töhfə verəcək. “Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bugünkü tarixi sazişin imzalanmasının şahidi olmuşam”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.ANN.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol