• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir beynəlxalq qurum Ermənistanın işğalçı olduğunu dedi

Daha bir beynəlxalq qurum Ermənistanın işğalçı olduğunu dedi
29.05.2020 10:22

Hesabatın sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı” adlanırAzərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi Cenevrə şəhərində yerləşən və əməkdaşlıq etdiyi Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutunda 2013-cü ilin dekabr ayında 2012-ci il üzrə müharibə hesabatının təqdimat mərasimində iştirak edib.ANS PRESS-in məlumatına görə, tədbirdə BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş Daimi Nümayəndəliklər (ABŞ, Rusiya, Xorvatiya, Avstriya, İsveçrə, Almaniya, Əfqanıstan, Qvatemala və s.), beynəlxalq təşkilatlar (BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Human Rights Watch, Amnesty International və s.), akademik dairələrin nümayəndələri və Məzun İnstitutunda təhsil alan tələbələr iştirak ediblər.Sözügedən İnstitut və Cenevrə Universitetinin birgə mərkəzi olaraq fəaliyyət göstərən Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyası tərəfindən hazırlanmış və “Oxford” Universitetinin nəşriyyat evi tərəfindən çap edilmiş 2012-ci il üzrə müharibə hesabatı ilk dəfə olaraq cari ildə buraxılıb. Hesabatda 2012-ci ildə 24 dövlətin ərazisində baş vermiş və davam etməkdə olan 37 silahlı münaqişə haqqında məlumat verilib. Hesabatın buraxılışında məqsəd, sözügedən hesabatın dövlətlər, BMT və onun ixtisaslaşdırılmış təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatları və akademik dairələr üçün dünyada mövcud olan münaqişələr ilə bağlı arayış və istinad mənbəyi qismində istifadə edilməsidir.Hesabatda Azərbaycan ərazilərinin Ermənistan qüvvələri tərəfindən işğal edilməsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi faktı birmənalı şəkildə təsdiq edilib, münaqişə tərəflərinin yalnız Azərbaycan və Ermənistan olması vurğulanıb. Hesabatın Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş 29-33-cü səhifələrində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin yeddidə bir hissəsindən çoxunun işğal edildiyi bildirilib, işğalçı dövlət olaraq Ermənistanın öhdəlikləri diqqətə çatdırılıb. Hesabatın sözügedən münaqişəyə həsr olunmuş hissəsi “Ermənistan tərəfindən Azərbaycanın hərbi işğalı” adlanır.Cenevrə Akademiyası silahlı münaqişə vəziyyətlərinə dair beynəlxalq hüququn müvafiq sahələri ilə bağlı elmi tədqiqat işlərinin aparılması, təlim kursları və mütəxəssis görüşlərinin keçirilməsinə məsul qurumdur. Cenevrə Akademiyası sözügedən fəaliyyətin həyata keçirilməsi məqsədilə 2007-ci ildə Cenevrə Universitetinin Hüquq Fakültəsi və Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu tərəfindən birgə təsis edilmişdir. Cenevrə Akademiyasını məqsədlərinin həyata keçirilməsində Lozan Universiteti, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İsveçrənin Xarici İşlər Federal Departamenti dəstəkləyir.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol