• $
  • €
  • ₽
  • ₺
  • £

Mühafizəçisi Heydər Əliyevin infarktının səbəbini açıqladı - VİDEO

Mühafizəçisi Heydər Əliyevin infarktının səbəbini açıqladı - VİDEO
13.12.2013 00:24
"Heydər Əliyev ürək xəstəliyini 1987-ci ildə Moskvada - Qorbaçovdan könüllü təqaüdə getmək haqqında ərizə yazmaq göstərişini alanda qazanmışdı. Bu göstərişdən bir gün sonra o infarkt diaqnozu ilə Moskva Mərkəzi Klinik xəstəxanasına yerləşdirilir. Və nə az nə çox, düz üç ay bu xəstəxanada müalicə olunur". 1982-88-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi olan Aleksandır İvanov o günləri belə xatırlayır. “Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, 1982-1988-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi, Aleksandr İvanov: “Səhiyyə Nazirliyinin 4-cü həkim briqadası gəldi. Onu inandırmağa çalışırdılar ki, mütləq xəstəxanada yatmaq lazımdır. Heydər Əliyev nəsə tərəddüd edirdi. Amma eşidəndə ki, həkimlər xərək gətirmək haqda danışırlar, o ayağa qalxdı, ayaqqabılarını geyindi və liftlə aşağı düşdü”. Bir ürəyin bu qədər ağır yükə nə qədər dözə biləcəyini isə o qarşıdakı 15 ildə sübut etdi. Bu 15 ildə nələr baş vermədi? Azərbaycan hansı ağrı-acılardan çıxmadı? Baş verənlərə nəzər salanda düşünürsən ki, o ürək öz sahibinə bəlkə lazım olduğundan da çox sədaqət göstərib. 10 il əvvəli - Heydər Əliyevin öldüyü 2003-cü ili isə çox yaxşı xatırlayıram. Azərbaycanın 1 nömrəli siyasət adamı artıq bir neçə ay idi ki, səhhəti ilə bağlı müayinələrdə idi. Əvvəlcə Türkiyənin Gülhanə, sonra Amerikanın Klivlend xəstəxanasında Prezidentin səhhəti təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində izlənilirdi. Amma maraqlıdır ki, yalan informasiyanı özgələr yox, özümüzünkülər yayırdı. Dəfələrlə "Heydər Əliyev öldü" xəbəri qəzetlərin manşetinə çıxarılmışdı. Bu yalan xəbərlərin qarşısına çıxan isə maraqlıdır ki, hətta bir dəfə Heydər Əliyevin özü olmuşdu. Cümlələri əvvəlki kimi nizamlı olsa da, səsinin nizamı pozulmuşdu. Hamıya gün kimi aydındır. Heydər Əliyev son günlərini yaşayır. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə müalicədən qabaq onunla baş tutan son görüşünü belə xatırlayır: “Rəngi saralmışdı. Özümdən ixtiyarsız gözümdən yaş gəldi, dedi ki, darıxma, biz hələ səninlə çox işləyəcəyik”. Amma işləyə bilmədi. Soyuq dekabr günlərindən birində Heydər Əliyev öldü xəbəri yayıldı. Bu dəfə bu xəbərdə yalan yox idi. Onun dəfninə yaxın və uzaq ölkələrin əksəriyyətindən dövlət başçıları gəlmişdi. Hərəsinin Heydər Əliyevlə bağlı öz xatirəsi vardı. Rusiya prezidenti Vladimir Putin Azərbaycan xalqını Heydər Əliyevin timsalında bəxti gətirən xalq sayırdı. Ukaraynanın sabiq perezidenti Leonid Kuçma isə deyirdi ki, Heydər Əliyevin şəxsində özünə möhkəm dost tapıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə xatırlayırdı ki, Kremldə işləyərkən tez-tez Heydər Əliyevin yanına dəstək üçün gedərmiş. Polşa prezidenti Aleksandr Kvasnevski Heydər Əliyevi Mərkəzi Və şərqi Avropada baş vermiş böyük dəyişikliyin arxitektorlarından biri sayır, ABŞ-ın keçmiş prezidenti Corc Buş isə belə deyirdi: "Liderlik cətinliklərə qalib gəlməkdən ibarətdir. Heydər Əliyev məhz çətinliklərə qalib gələn liderdir. Mən onun cəsarətinə, misilsiz dünyagörüşünə, nadir natiqlik qabiliyyətinə heyranam".Bir belə tarixi şəxsiyyətlərdən sonra təbii ki, mənim kimi sadə bir jurnalistə söz düşmür. Amma mən sonda bir xatirəmi mütləq bölüşmək istəyirəm. 1998-ci ilin fevralı idi. Azərbaycanda ölüm hökmü ləğv olunmuşdu. Açıqlamanı şəxsən jurnalistlərə Heydər Əliyevin özü çatdırırdı. İşlədiyim qəzetdən Prezident Aparatına məni göndərdilər. Heydər Əliyevi ilk dəfə həyatda və yaxından onda görürdüm. Prezident Aparatında akkreditə olunan jurnailstləri Heydər Əleyev yaxşı tanıyırdı. Mən isə o vaxt onu Azərbaycanda ölüm hökmünün ləğvinə nail olan dövlət başçısı kimi tanıdım. Qəbri nurla dolsun!

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol