• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Ermənistana səfəri Azərbaycanı niyə əndişələndirdi? - EURASIANET

Putinin Ermənistana səfəri Azərbaycanı niyə əndişələndirdi? - EURASIANET
11.12.2013 17:31
 Coşua Kuçera, The Bug PitRusiya prezidenti Vladimir Putinin Ermənistana səfərindən ola bilsin ki, ermənilər narahat idilər. Çünki bu, Yerevanın xarici siyasətinə Rusiyanın təsirinin güclənməsinin nümayişi idi. Amma Azərbaycan üçün bu səfər başqa təşvişlərə səbəb oldu: Putin Ermənistanla Azərbaycan arasında çoxdan yaranmış Dağlıq Qarabağın mübahisəli ərazisinə görə Ermənistana hərbi dəstəyini ifadə etdi.Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın Putinə dəstək ifadə etməsi münaqişənin yaranması riskini artıracaq: "Biz yanvar və fevralda cəbhə xəttində vəziyyətlə bağlı çox ehtiyatlı olmalıyıq. Tamamilə mümkündür ki, cəbhə xəttində toqquşmalar olsun. Rusiya ikili oyun oynamağa davam edir. Biz buna uymamalıyıq və Rusiyanın diqqətinə çatdırmalıyıq ki, Qarabağ münaqişəsi ilə bağlı onun mövqeyi qərəzlidir", - BBC monitorinqinin hesabatına əsasən, Üzeyir Cəfərov "Azadlıq" qəzetinə belə deyib.Parlament üzvü Zahid Oruc sia.az-a (həmçinin BBC Monitorinq vasitəsilə) fikrini belə açıqlayıb: "Putinin bu səfəri və Ermənistanda əsgərlərin sayının artırılması ona gətirib çıxarır ki, Rusiya bölgədə silahlanmanı təmin etmiş olur və hamını sürətlə silahlanmaya təhrik edir. Bu isə regionda sülhün davamlı olmasına təhdiddir".Kremlin niyyətləri ilə əlaqədar Bakının əndişəsi daha əvvəl bu payız özünü biruzə verdi. Əsas Rusiya bazasının Ermənistandakı komandiri Müdafiə Nazirliyinin rəsmi qəzetinə belə açıqlama vermişdi ki, əgər Bakı Qarabağı zor gücünə götürməyə çalışsa, Rusiya Azərbaycana "silahlı müdaxilə edə bilər". Bu açıqlamanın ardından Bakıdan inandırıcı diplomatik etirazlar qalxdı, amma rəsmi Moskva sükuta üstünlük verdi. Rəsmi Bakı Kremlin Azərbaycana qarşı belə təcavüzkar mövqe tutub-tutmayacağına dair suala cavab ala bilmədi. Arkadi Dubnovun “RİA” xəbər agentliyindəki  məqaləsində iddia olunur ki, Putinin Ermənistana səfəri qismən də olsa bu suala aydınlıq gətirmək üçün nəzərdə tutulub. Yəni Ermənistandakı Rusiya qoşunları bu missiyanın icra edilməsinə gedə bilər. Dubnov yazır:  "Hazırda Moskvanın bu məsələdə niyə susqunluq nümayiş etdirməsinin səbəbi bəllidir: Rusiya baş komandanı əvvəlcə şəxsən əmin olmalı idi ki, 102-ci bazanın komandirinin xülasə edilmiş məsələlərin reallaşdırması bu bazanın imkanları daxilindədir. Bazanın komandiri, polkovnik Ruzinsinin məruzəsindən görünür ki, bu məsələ izah edilmiş və tam cavab verilmişdi. Çünki komandir hərbi bazanın xüsusiyyətlərini ayrıca qeyd edir: "Hava Hücumundan Müdafiə sistemlərinin olması, bütün hündürlüklərdə hava hücumlarının vasitələrini aşkarlamağa qadirdir ".Belə görünür, Rusiya prezidenti məruzədən razı qaldı...".Dubnov həmçinin güman edir ki, Ermənistanı Gömrük Şurasına daxil etmək və Avropa İttifaqına inteqrasiyadan çəkindirmək Rusiyanın Azərbaycana qarşı təzyiq göstərmək arzusundan irəli gəlib. Və bu kontekstdə, Putinin Yerevana səfəri zaman mesaj idi ki, "bəli, biz sizin tərəfinizdəyik".Ancaq, Serj Sərkisyanla görüşdən sonra mətbuat konfransında Putinə bu haqda sual ünvanlandıqda, o, cavabdan yayındı. Jurnalist belə bir sual vermişdi ki, əgər "Azərbaycanın militarist bəyanatları reallaşsa", Rusiya nə edəcək. Putin belə cavab vermişdi: "Əgər siz bunu ucadan təkrarlamağa davam etsəniz, onda sülh nizamlanmasına nail olmaq üçün şərait təhlükə altına düşəcək və problemin başqa aspektləri üstünlük təşkil edəcək....Mənim fikrimcə, müharibə başlayacağı təqdirdə bizim nə edəcəyimiz haqda hipotetik danışmaq tamamilə səmərəsizdir. Bu elə görünəcək ki, sanki biz müharibəyə hazırlaşırıq. Amma biz, Ermənistan prezidentinin artıq dediyi kimi, elə etməliyik ki, bütün həssas məsələlər xüsusi siyasi-diplomatik vasitələrlə həll edilsin. Biz bu istiqamətdə işləməyə davam edəcəyik".Başqa sözlə, "biz ola bilər ki Ermənistanın tərəfindəyik, amma biz hələlik tərəfgirliyimizi məhdudlaşdırırıq".Tərcümə: Ramil RahibogluANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol